2.ECASKAR GÜN EYNƏKLƏRİ
Hamımız bilirik ki, gün eynəkləri əlavə xarizma və cazibə gətirir. Hədiyyənin sahibi hamıdan yaxşı görünəcək, eyni zamanda ən yüksək keyfiyyətlə İtaliyada istehsal edilmiş lüks gün eynəklərindən biri ilə özünü parlaq günəşdən və ultrabənövşəyi şüalardan qoruyacaq.
3.PREMİUM QALSTUK
Daim diqqət mərkəzində olan kişilər üçün lüks İtalyan qalstuklarımız, istənilən iş görüşü və ya tədbir üçün əvəzolunmaz atributa çevriləcəkdir. İtalyan sənətkarlığının incə üslubunu özündə daşıyan və üstün keyfiyyətli parçadan əl əməyi ilə hazırlanmış qalstuklarımız ən mükəmməl hədiyyə seçimi sırasındadır.
4.PREMIUM DƏRİ KƏMƏR
Heç bir kostyum kəmərsiz tamamlanmır. Premium keyfiyyətli kəmərlərimiz İtaliyanın özündə ən yaxşı dəridən istifadə edilməklə hazırlanmışdır. "STEFANO" kəməri qara və qəhvəyi rəng seçimi ilə istənilən şalvarı ən yaxşı şəkildə tamamlayacaqdır.
5.DƏRİ PORTMANE
Bu əla növ hədiyyə yüksək keyfiyyətli dərini və premium aksessuarları sevən hər bir kişi üçün mükəmməl seçimdir. Qara dəri portmane istənilən işgüzar adam üçün əvəzolunmaz və praktik əşya olacaq, o bunu özü ilə istər işgüzar, istərsə də əyləncəli bir səfərə götürə biləcəkdir.
6.DƏBDƏBƏLİ PORTATİV AKKUMLYATORLAR VƏ FLEŞ TOPLAYICI
Günümüzdə portativ akkumlyatorsuz iş adamı görmək çox çətindir. Lakin bu onun portativ qurğusunun sadə və sıradan olması mənasına gəlmir. Bizim dəbli xarici enerji qurğumuz istənilən cihazı 10 000 mAh-dək doldurmaq üçün nəzərdə tutulmuşdur. Beləliklə, siz, smartfon, e-kitab, planşet və ya hər hansı digər elektron cihazınızın enerjisinə nəzarət edə biləcəksiniz.
Hədiyyə edəcəyiniz şəxs texnologiya həvəskarıdırsa, ona həmçinin eleqant 3.0 fleş toplayıcı və ya paslanmayan poladdan olan rəqəmsal termos da hədiyyə edə bilərsiniz. Bunların hər ikisi özəl gün hədiyyəsi üçün əla fikirlərdir.
7.DƏBDƏBƏLİ HƏDİYYƏ DƏSTİ
Əgər siz hələ də özəl gün üçün nə hədiyyə edəcəyinizə əmin deyilsinizsə, biz mükəmməl bir həll yaratmışıq: BOTICHELLI™ hədiyyə dəstləri. Sizin əvəzinizdən bütün zəhməti özümüz çəkərək, əla növ qalstuklar, eleqant qələmlər və müxtəlif lüks aksesuarlar da daxil olmaqla, premium məhsullardan ibarət dəstlər yaratdıq. Hər bir hədiyyə dəsti, ecaskar üslub və yüksək keyfiyyətin harmoniyasına inanan İtaliyan dizaynerlər tərəfindən hazırlanmışdır. Bütün kolleksiyamızı nəzərdən keçirin və dəyər verdiyiniz insanın şəxsiyyətinə ən uyğun olanı seçin.
Bu variantlardan hər hansı biri özəl gün hədiyyəsi kimi əla fikirdir. İtaliyan sənətkarlığımızın əsasını təşkil edən eleqantlıq, nəfislik və hədiyyə ənənələri bizim yaratdığımız hər eksklüziv məhsulda öz əksini tapmışdır. İdeal ildönümü hədiyyəsi tapmaq üçün mağazamızı ziyarət etməyi məsləhət görürük. Həmçinin, sizə ən xoş bayramlar diləyirik.