ÖDƏNİŞ ÜSULLARI
Ödənişi necə etmək olar?
NAĞD HESABLAŞMA
Siz sifarişi aldığınız zaman pulu nağd şəkildə kuryerə ödəyirsiniz. Sizə sifarişlə birlikdə əldə etdiyiniz məhsul haqqında bütün məlumatların qeyd olunduğu qəbz verilir.
BANK KARTI
Sifarişin qeydiyyatı zamanı bank kartı ilə ödəniş etmək mümkündür.
İnternet vasitəsi ilə bank kartı üzrə ödəniş
İnternetdən bank kartı ilə ödənişi sifarişin rəsmiləşdirilməsindən dərhal sonra etmək lazımdır.
QAPIDA POS-TERMİNAL VASİTƏSİ İLƏ
Əgər siz sifarişinizi qapıda plastik kartla Pos-terminal vasitəsilə həyata keçirmək istəyirsinizsə, o zaman sifarişi rəsmiləşdirən zaman siz ödəniş vasitəsi olaraq "POS TERMINAL ( KAPITAL BANK )" vasitəsini seçirsiniz. Bu zaman sifarişiniz çatdırılarkən kuryer özü ilə Pos-terminal gətirir.
eManat / MilliÖn VASİTƏSİ İLƏ
eManat / MilliÖn vasitəsilə ödəniş etmək istəyirsinizsə, sifarişi rəsmiləşdirərkən ödəniş vasitəsi olaraq "eManat / MilliÖn" seçib sifarişinizi tamamlayırsınız. Sifarişinizin təstiqi və ödəniş edəcəyiniz kartın məlumatları sizə mesaj vasitəsi ilə göndəriləcəkdir.
1. eManat / MilliÖn aparatlarından sizə uyğun olanına yaxınlaşıb "Bank xidmətləri" bölməsini seçirsiniz.
2. Bank xidmətləri bölməsində "Kapital Bank" seçirsiniz.
3. "KARTA MƏDAXİL" bölməsinə daxil olun
4. Sizə göndərilən bank kartının 16 rəqəmini daxil edin
5. Sizə göndərilən məlumatlarla ekranda göstərilən məlumatları yoxlayın. Daha sonra ödəniş etmək üçün "İrəli" düyməsinə basın
Sürətli köçürmələr vasitəsilə
Siz sifarişinizi Xəzri (yalnız Azərbaycan daxilində) sürətli pul köçürməsi vasitəsilə, yaxud Western Union (yalnız ölkə xarici) vasitəsilə də həyata keçirə bilərsiniz. Bunun üçün siz sifarişinizin "Qeyd" hissəsində ödəniş etmək istədiyiniz sürətli köçürmə vasitəsinin adını qeyd edirsiniz. Bu zaman operator sizinlə əlaqə saxlayaraq köçürməni edəcəyiniz şəxsin lazımi məlumatlarını sizə bildirir və daha sonra ödənişinizin qəbul edildiyi haqda sizə məlumat verir.